BAKI, 22 may. TELEQRAF

“İllərdir Ermənistandan xarici ölkələrə olan köçün ən dərin və əsas səbəblərindən biri də, valideynlərin oğullarını ordudan azad etmək istəyi ilə bağlıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan hökumətin iclasında deyib.

“Bu, son 1-2 ildə olan bir şey deyil, 30 illik tarixdir. Hamımız bilirik ki, bir yol da xaricə köçdür. Eyni problemi köçmədən də həll etmək üçün başqa yollar var - xəstəlik, təhsil və sair. Bu, illərdir danışılan bir problemdir, amma heç vaxt həllinə nail ola bilməmişik. Biz cəsarətli olmalı və həll yoluna getməliyik”, - nazir qeyd edib.