TBİLİSİ, 16 may. TELEQRAF
“Gürcüstan Cənubi Qafqazda əsas rol oynayır, bölgədə sülhün möhkəmləndirilməsinə töhfə verir. Biz gələcəkdə də bu istiqamətdə hərəkət edəcəyik”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tiranada gürcü jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan qonşu ölkələrlə çox vacib layihələr həyata keçirir ki, bu da əlaqələri yaxşılaşdırmağa imkan verir.
“Biz Avropa ilə iki qonşu ölkə - Azərbaycan və Ermənistanla bağlıyıq. Regionda həyata keçirilən layihələr bölgəmizlə yanaşı Avropa və Avropa İttifaqı üçün də çox vacibdir. Biz bu istiqamətdə əməkdaşlığa tam açığıq. Qara dəniz sualtı kabel və digər layihələr əlaqələri yaxşılaşdırır. Biz bundan sonra da analoji layihələrin reallaşdırılmasında fəal iştirak edəcəyik”, - İ.Kobaxidze söyləyib.