TBİLİSİ, 16 may. TELEQRAF

Gürcüstanın Baş Prokurorluğu 2022-ci ilin sentyabrın 21-də 36 yaşlı Aydın Həmzəyevi qətlə yetirməkdə təqsirli bilinən şəxsə ittiham irəli sürüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, iki gün öncə saxlanılmış 1971-ci il təvəllüdlü M.A. adlı şəxs qəsdən adam öldürmədə ittiham olunur.

İstintaqla müəyyən edilib ki, həmin şəxs Saqareco rayonunun Keşəli kəndində qisas məqsədilə odlu silahla A.Həmzəyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Zərərçəkmiş aldığı yaralardan hadisə yerində ölüb.

Baş Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.