TBİLİSİ, 14 may. TELEQRAF
Aprelin 1-də Tbilisidə özünü Kür çayına atan 21 yaşlı Aytac Məmmədovanın meyiti aşkarlanıb.
Bu barədə Teleqraf-ın yerli bürosuna qızın dayısı Rəsul Ömərov məlumat verib.
Onun sözlərinə görə, meyit Tbilisidəki Kür çayı üzərindəki Ortaçala SES-in yaxınlığında tapılıb.
R.Ömərov bildirib ki, A.Məmmədovanın meyiti ötən gün gecə Tbilisidə Kür çayına düşmüş maşında olan şəxslərlə bağlı həyata keçirilən axtarış-xilasetmə əməliyyatı zamanı üzə çıxıb.
Qeyd edək ki, hadisə zamanı bir nəfər xilas edilib. Avtomobildə dörd nəfərin olduğu bildirilib. Davam etdirilən axtarış-xilasetmə əməliyyatına görə Kürün səviyyəsi endirilib.
