TBİLİSİ, 14 may. TELEQRAF

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti bələdiyyəsinin meri Levan Zoidze istefa verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.

L.Zoidze Kobuleti sakinlərinə dəstək və etimada görə təşəkkürünü bildirib. Keçmiş mer hakim “Gürcü Arzusu” partiyasının sadiq üzvü olaraq qalacağını vurğulayıb.

Qeyd edək ki, ötən gün Batumi şəhərinin meri Arçil Çikovani də istefa verib. L.Zoidze 2021-ci ildə keçirilmiş yerli seçkilərdə Kobuletinin meri seçilmişdi.