TBİLİSİ, 7 may. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə qərar partiyanın qurultayında qəbul edilib.

Qeyd edək ki, İ.Kobaxidze bundan öncə də - 2021-ci ilin yanvarın 11-dən 2024-cü ilin fevralın 1-dək hakim partiyanın sədri vəzifəsini tutub.

***

14:02

TBİLİSİ, 7 may. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurultayı başlayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, toplantı Tbilisidəki mehmanxanaların birində keçirilir.

Otel binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

***

08:11

TBİLİSİ, 7 may. TELEQRAF

Bu gün Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının IX qurultayı keçiriləcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, toplantının gündəliyində duran əsas məsələ yeni sədrin seçilməsidir.

Qurultayda, həmçinin Siyasi Şuranın yenilənmiş tərkibi təsdiqlənəcək.

“Gürcü Arzusu”nun nizamnaməsinə əsasən, Siyasi Şurada razılaşdırılmış sədrliyə namizədi qurultay iştirakçılarına partiyanın fəxri sədri Bidzina İvanişvili təqdim edəcək.

Partiyadan bildirilib ki, yeni sədr siyasi fəaliyyəti ilə ictimaiyyətə yaxşı tanışdır. Qurultayda bu ilin payızında keçiriləcək yerli seçkilərlə bağlı addımlar da müəyyən ediləcək.

Qeyd edək ki, “Gürcü Arzusu”na 2024-cü ilin fevralından sədrlik etmiş İrakli Qaribaşvili aprelin 25-də vəzifəsini tərk edib. O, siyasətdən də getdiyini bildirib.