BAKI, 6 may. TELEQRAF
Ermənistan parlamentindəki “Şərəfim Var” fraksiyasının baş nazirliyə namizədi yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə fraksiyanın yerli mətbuata açıqlamasında deyilir.
“Bir daha təsdiq edirik ki, hazırda hökumət dəyişikliyinə nail olmağın ən çox ehtimal edilən yolu baş nazirə (Nikol Paşinyan) etimadsızlıq səsverməsidir. Amma gərəksiz siyasi ambisiyalarla prosesi çətinləşdirməmək üçün hazırda baş nazirliyə namizədimizin olmadığını da bildiririk”, - açıqlamada deyilir.
Xatırladaq ki, sözügedən fraksiyanın lideri sabiq prezident Serj Sərkisyandır.