BAKI, 1 may. TELEQRAF

Ermənistan 44 günlük müharibədən sonra Rusiyadan pulla silah almaq istəsə də, Moskva bundan imtina etdi.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Areq Koçinyan deyib.

“Ermənistan Rusiyadan avans ödəməklə silah almağa hazır idi, amma Moskva üzərinə götürdüyü öhdəliklərdən yayınaraq, silah vermədi”, - ekspert bildirib.

Həmçinin Koçinyan qeyd edib ki, 2026-cı il parlament seçkiləri Ermənistan tarixində ən taleyüklü və çətin seçki olacaq:

“Rusiya nəticələri dəyişdirməyə cəhd edəcək. Moskva Köçəryanla Sarkisyanı bir araya gətirməyə, Baş nazir Nikol Paşinyana qarşı vahid cəbhə yaratmağa çalışacaq. Moskvanın bu cür fəallığı Ermənistanın Rusiyadan açılan hibrid müharibənin içində olduğunu və özünümüdafiə istiqamətində işləməli olduğunu bir daha təsdiqləyir”.

Ekspert əlavə edib ki, hazırda sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan arasında ciddi fikir ayrılıqları var və Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün bunu aradan qaldırmağa çalışır.