TBİLİSİ, 22 aprel. TELEQRAF

ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Gürcüstana səfər edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

F.Sinirlioğlu bu gün Gürcüstanın XİN başçısı Maka Boçorişvili ilə görüş keçirəcək. Daha sonra tərəflər mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.

ATƏT-in Baş katibinin digər rəsmi görüşləri də planlaşdırılıb.

Səfər çərçivəsində F.Sinirlioğlu işğal xəttinə yaxın yerləşən Odzisi kəndinə də baş çəkəcək və mövcud vəziyyətlə yerində tanış olacaq.