
BAKI, 14 aprel. TELEQRAF
Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir.
Teleqraf xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Armen Sərkisyan deyib.
“Problem olarsa, bu barədə məlumat verəcəyik. Hazırda vəziyyət nisbətən sakitdir”, - nazir müavini bildirib.
Sərkisyan erməni mediasının Azərbaycanın sərhəddə hərbi qüvvə toplaması barədə iddiasını təkzib edib.