BAKI, 18 mart. TELEQRAF

Ermənistan hakimiyyəti Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etməyəcək, yeni konstitusiya qəbul edəcək.

Teleqraf xəbər verir ki, bunu erməni vəkil Xaçatur Mxitaryan deyib.

“Ermənistanın rəsmi olaraq Azərbaycanı düşmən dövlət hesab edib-etmədiyi sual altındadır. Hakimiyyət konstitusiya dəyişikliyini Azərbaycanın təzyiqi ilə yox, öz təşəbbüsü ilə baş vermiş kimi təqdim edəcək. Bu, çox güman ki, yeni konstitusiyanın qəbulu şəklində olacaq”, - Mxitaryan vurğulayıb.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan fevral ayında ölkəsinin yeni konstitusiyaya ehtiyacının olduğunu açıqlayıb. Ölkənin ədliyyə naziri Srbuhi Qalyan bundan sonra yeni konstitusiyanın mətninin hazırlandığını açıqlayıb. Qalyan yeni mətndən Qarabağa istinadın (Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən maddə - red.) çıxarılacağını istisna etməyib.