BAKI, 12 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan dünən öz feysbuk səhifəsində İrəvanda türkiyəli jurnalistlərə müsahibə verdiyini bildirən qısa video yayımlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

“Məlumata görə, Nikol Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədin ilkin şərt olmadan açılması, eləcə də “soyqırımının tanıtdırılması” məsələsinə yenidən nəzər salmaq və (Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında) Mehri üzərindən maneəsiz dəmir yolu yüklərinin daşınmasını təmin etmək istəyindən danışıb”, - erməni nəşri bildirir.

Xatırladaq ki, hələlik Ermənistan baş nazirinin Türkiyənin media nümayəndələrinə müsahibəsi yayımlanmayıb.