BAKI, 16 sentyabr. TELEQRAF

“Rus ordusu ilin sonunadək daha 300 min nəfər itirəcək, bununla Rusiyanın Ukraynaya qarşı beşillik müharibədə ölən hərbçilərinin sayı bir milyona çatacaq”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News” telekanalına müsahibəsində deyib.

“Hesab edirik ki, ruslar bu il 300 min nəfər itirəcəklər. Söhbət ölənlərdən gedir. Bu o deməkdir ki, onların beşillik müharibə ərzində ölənlərinin sayı bir milyon nəfər olacaq. Bir daha deyirəm - bir milyon ölü”, - dövlət başçısı bildirib.