BAKI, 10 sentyabr. TELEQRAF
“Rusiya NATO-nu məğlub etmək istəyir, amma Şimali Atlantika Alyansı birlik içindədir”.
Teleqraf xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.
“NATO məhz belə fəaliyyət göstərir: biri hamı üçün, hamı biri üçün. Rusiya bizi məğlub etmək istəyir, amma biz birlikdəyik. Rusiya Ukraynaya kömək etməyimizə mane olmaq istəyir, amma biz Ukrayna üçün daha çox iş görəcəyik”, - o bildirib.