BAKI, 9 sentyabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələrinin 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəsinin başlamasından bəri ümumi hərbi itkiləri təxminən 1 500 870 nəfər təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edilib ki, Rusiya ordusu son sutka ərzində 1480 hərbçisini itirib.