BAKI, 4 sentyabr. TELEQRAF

“Rusiya ilə müharibə hər gün Ukraynaya 450 milyon dollara başa gəlir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa Qazaxıstan mediasına deyib.

“Birgünlük müharibə bizə 450 milyon dollara başa gəlir”, - nazir bildirib.

Sibiqanın sözlərinə görə, bu durumda Ukraynanın işlək iqtisadiyyata ehtiyacı var. Xarici işlər naziri əlavə edib ki, məhz buna görə Ukraynada ərzaq qiymətlərinin artması Kiyev üçün bu qədər həssasdır.