BAKI, 4 sentyabr. TELEQRAF

“Ukraynada geridönüşü olmayan nöqtə keçilib, ölkə məhv olmaq təhlükəsi ilə üz-üzədir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakov deyib.

O bildirib ki, Ukraynada top yeminə çevriləcək insan ehtiyatı tükənir və bunun fonunda Qərb ölkələri hərbi xidmətə çağırış yaşının aşağı salınmasını və qadınların orduya cəlb edilməsinə başlanmasını təklif edirlər.

“Bu arada, ölkədə hər dörd ölüm qarşılığında cəmi bir uşaq doğulur. Ukraynada geridönüş nöqtəsi keçilib, söhbət yalnız məhv olmaqdan gedir”, - Kobyakov vurğulayıb.

Putinin müşaviri iddia edib ki, Ukraynanı belə bir aqibətdən ancaq Rusiya xilas edə bilər.