BAKI, 1 sentyabr. TELEQRAF
Rusiya Silahlı Qüvvələrinin Odessa vilayətindəki hədəflərə endirdiyi zərbələr nəticəsində Ukrayna dənizə çıxışı itirib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik yazıb ki, Rusiyanın zərbələri əvvəllər Ukraynanın ixracatının 90 faizinin təmin olunduğu dəniz limanlarını faktiki olaraq bloklayıb.
Kiyevin yüklərin daha aşağı ötürmə qabiliyyətinə malik Dunay limanları, eləcə də Ukraynanın qərb sərhədindəki dəmir yolu məntəqələri vasitəsilə istiqamətini dəyişdirməyə məcbur olduğu iddia edilib.