BAKI, 1 sentyabr. TELEQRAF

Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa dəniz limanı Ukrayna Hərbi Hava Qüvvələrinin dron hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, PUA hücumu nəticəsində limanın infrastrukturuna zərər dəyib, ərazidə yanğın baş verib. Fövqəladə xidmətlər hadisə yerində işləyir. Nəticələr barədə məlumat dəqiqləşdirilir. Hücumun dəf edilməsi davam edir.

Hücumdan sonra vilayətdə hava həyəcanı elan edilib. “Pulkovo” hava limanı təyyarələrin qəbulunu və yola salınmasını dayandırıb.