BAKI, 30 iyul. TELEQRAF

“Belarus SSRİ mirasından imtina etməməklə düzgün iş görüb”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Zaman keçdi və gördük ki, haqlı imişik”, - o, Brestdə keçirilən görüşdə bildirib.

Lukaşenkonin sözlərinə görə, Belarusun bu seçimi Rusiya Prezidenti Vladimir Putin tərəfindən yüksək qiymətləndirilib.

“Mən bunu çox yüksək qiymətləndirirəm. Bu, mənim üçün yaxşı qiymətləndirmədir”, - Belarus lideri əlavə edib.