BAKI, 11 iyul. TELEQRAF

Rusiya və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq üçün konkret praktiki addımları razılaşdırıblar.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

O qeyd edib ki, tərəflər stansiyadakı mövcud vəziyyəti nizamlamaq məqsədilə atılacaq addımları müzakirə edərək ortaq məxrəcə gəliblər.