BAKI, 4 iyul. TELEQRAF
“ABŞ NATO-dan çıxa və alyans parçalana bilər”.
Teleqraf xəbər verir ki, bunu Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişer (1998-2005) deyib.
“Amerikalılar faktiki olaraq çıxış yolundadırlar. Avropanın dövlət və hökumət başçıları, eləcə də NATO baş katibi Trampı alyansda saxlamaq üçün onun könlünü almağa çalışırlar. Amma mən düşünmürəm ki, NATO bu yolla uzunmüddətli perspektivdə salamat qala biləcək”, - sabiq nazir vurğulayıb.
Fişerin fikrincə, alternativ variant NATO-nun avropalaşdırılmasıdır:
“Kanada ilə birlikdə mümkün olaraqsa, NATO-nun Avropa cinahı vahid şəkildə qalmalıdır. Bizim sınaqdan çıxmış prosedurlarımız və mexanizmlərimiz var, onları qoruyub saxlamalı və yeni struktura keçirməliyik”.
O əlavə edib ki, belə bir “Avropa NATO-su” Böyük Britaniya və Fransanın nüvə arsenalına əsaslanaraq öz nüvə çətirini yaratmağa çalışmalıdır: “Amerikalılar gedəndə öz təhlükəsizlik çətirlərini də özləri ilə aparacaqlar”.