BAKI, 2 iyul. TELEQRAF

Almaniya müdafiə naziri Boris Pistorius fövqəladə hallar üçün evdə ərzaq və su ehtiyatı olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, nazir bunu “Der Spiegel”ə müsahibəsində jurnalistin mümkün müharibəyə şəxsi hazırlığı və kifayət qədər təcili yardım ləvazimatının olub-olmaması ilə bağlı sualına cavab olaraq bildirib.

“Həyat yoldaşımla bir neçə gün ərzaq çatışmazlığı olmadan yaşaya biləcəyik. İlk növbədə, kifayət qədər suya sahib olduğumuzdan əminik”, - Pistorius deyib.

Qeyd edək ki, Almaniya hakimiyyəti son illərdə ölkə vətəndaşlarını mümkün müharibəyə hazırlamaq üçün addımlar atır. Mülki Müdafiə və Fəlakətlərə Yardım üzrə Federal İdarə əvvəllər müharibə üçün tövsiyə olunan təchizatı özündə əks etdirən broşür dərc etmişdi.