BAKI, 4 iyun. TELEQRAF

“Əgər Ukrayna qərar verərsə, öz nüvə silahlarını hazırlaya bilər”.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın ən böyük raket və dron istehsalçılarından biri olan “Fire Point”in həmtəsisçisi Denis Ştilerman deyib.

“Əgər onlar Ukraynanın nüvə silahı istehsal edə bilmədiyini düşünürlərsə, deməli, bunda qəribə bir şey yoxdur. Əlbəttə, bunu edə bilərik”, - o qeyd edib.

Ştilerman vurğulayıb ki, Ukrayna təhlükəsizlik zəmanətləri müqabilində nüvə silahlarından imtina etsə də, bu öhdəliklər yerinə yetirilməyib: “Bu, çox sadə prosesdir, hər şey bəllidir. Bu, siyasi qərar məsələsidir”.