BAKI, 3 iyun. TELEQRAF
Latviyanın yeni Baş naziri Andris Kulberqs Rusiya ilə ticarət əlaqələrini kəsmək istədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, müəyyən sahələrdə istisnaların zəruri olacağını da bildirib.
Kulberqs Rusiya ilə işgüzar əlaqələrin saxlanılmamasının lazım olduğunu qeyd edib.
Məsələnin həlli ölkənin xarici işlər naziri Bayba Brazaya həvalə ediləcək.