BAKI, 2 iyun. TELEQRAF
Madrid İspaniyanın Hörmüz boğazında münaqişəni gərginləşdirə biləcək istənilən hərbi əməliyyatda iştirakı ehtimalını istisna edib.
Teleqraf xəbər verir ki, bunu İspaniya xarici işlər naziri Xose Manuel Albares təklif olunan ABŞ-İran razılaşması baş tutmasa, Madridin Hörmüz boğazının təhlükəsizliyini təmin etmək missiyasında iştirakının mümkünlüyü ilə bağlı suala cavab olaraq bildirib.
“Bizim inamımıza görə, bu böhranın hərbi həlli yoxdur”, - xarici işlər naziri əlavə edib.