BAKI, 7 aprel. TELEQRAF
İtaliya müdafiə naziri Quido Krozetto ABŞ-nin NATO-dan çıxacağına inanmır.
Teleqraf xəbər verir ki, bu barədə o, “Corriere della Sera”ya bildirib.
“Düşünmürəm ki, ABŞ NATO-dan çıxa bilər. Prezident Trampın bunun üçün Konqresin razılığına ehtiyacı olacaq, oradan dəstək alması ehtimalı isə azdır”, - müdafiə naziri deyib.
Bununla belə, Krozetto ABŞ hərbi qüvvələrinin Avropadan çıxarılmasını mümkün hesab edir: “Amma qoşunların Avropadan çıxarılması barədə qərar qəbul edilə bilər. Bu, bizi və müdafiəmizi daha da zəiflədərdi. Hazırda onları əvəz etmək üçün birlikdə hərəkət etmək iqtidarında deyilik”.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl “Reuters”ə müsahibəsində Tramp NATO-dan iyrəndiyini və Amerikanın alyansdan çıxmasını düşündüyünü bildirmişdi. Amerika liderinin sözlərinə görə, ABŞ-nin NATO-dakı iştirakını yenidən nəzərdən keçirməyi düşünür. Tramp bunu ittifaqın İranla müharibədə ABŞ-ni dəstəkləməməsi ilə izah edib.