BAKI, 6 aprel. TELEQRAF
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərində çox diqqətli və həssas olmalıdır”.
Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bilirsiniz ki, Ermənistan KTMT-nin işlərində iştirak etmir, amma hələ də təşkilatın üzvü olaraq qalır. Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Bu baxımdan Ermənistanda vəziyyət mürəkkəbdir, xüsusilə seçkiqabağı dövrdə. Vəziyyət çox mürəkkəbdir. Odur ki, Ermənistana münasibətdə çox diqqətli və ayıq-sayıq olmalıyıq”, - o vurğulayıb.
Aleksandr Lukaşenko bu dövrdə KTMT baş katibi ilə Ermənistan rəhbərliyi arasında danışıqların təşkilini də vacib hesab edir.
Belarus lideri təşkilatın baş katibi Talatbek Masadikova müraciət edərək söyləyib: “Ora baş çəkib Baş nazir (Nikol Paşinyan), Prezident (Vaaqn Xaçaturyan) və Təhlükəsizlik Şurasının katibi (Armen Qriqoryan) ilə danışıb gələcəklə bağlı mövqelərini öyrənməyiniz yaxşı olardı”.