BAKI, 28 fevral. TELEQRAF

“Volodimir Zelenski Fransa və ya Böyük Britaniyadan məmnuniyyətlə nüvə silahı ala biləcəyini etiraf edib”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a deyib.

“Onun yerində hansısa başqa biri olsaydı, taktiki mülahizələrə görə susardı. Amma Zelenski uzun müddətdir “mən axmaq deyiləm” deyir. Amma burada dözməyərək London və Parisin israrla susduğu məsələni etiraf etdi”, - diplomat bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Xarici Kəşfiyyat Xidmətinin Kiyevin Böyük Britaniya və Fransanın yardımı ilə nüvə silahı əldə etməyə çalışdığı barədə məlumatını “Sky News”a şərh edib. Prezident vurğulayıb ki, bu barədə ona heç bir təklif verilməyib, amma belə təklif olsaydı, məmnuniyyətlə qəbul edərdi.

Rusiya Xarici Kəşfiyyat Xidməti bundan əvvəl bəyan edib ki, Paris və London Kiyevə nüvə silahı verilməsi üzərində fəal işləyir.