BAKI, 24 fevral. TELEQRAF
Fransa və Böyük Britaniya Ukraynanı nüvə silahı ilə təmin etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatında bildirilib.
“London və Paris Kiyevi nüvə bombası ilə təmin etməyə hazırlaşır. Britaniya və Fransa elitaları məğlubiyyəti qəbul etməyə hazır deyillər”, - qurum qeyd edib.
Rusiya kəşfiyyatının fikrincə, Ukrayna nüvə silahı və ya ən azı “çirkli bomba”ya sahib olsa, o zaman müharibənin dayandırılması üçün daha əlverişli şərtlər tələb edə biləcək:
“London və Paris Ukraynaya belə bir silahın verilməsi və onun çatdırılması məsələlərini həll etmək üzərində fəal işləyirlər. Burada Kiyevə Avropa istehsalı olan avadanlıqlar, komponentlər və texnologiyaların gizli şəkildə ötürülməsi nəzərdə tutulur”.
Qurum əlavə edib ki, variantlardan biri kimi Fransa istehsalı, sualtı gəmi ballistik raketi M51.1 üçün kiçik ölçülü döyüş başlığı TN75 nəzərdən keçirilir. Almaniya bu prosesdə iştirakdan imtina edib.