BAKI, 20 fevral. TELEQRAF

Almaniya Kansleri Fridrix Merts dünya nizamında köklü dəyişiklik baş verdiyini, “böyük güc nizamı”nın yarandığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Xristian-Demokrat İttifaqı (CDU) Partiyasının qurultayında çıxış edərkən danışıb.

“Hamımız dünya nizamında tarixi dəyişikliyin şahidi oluruq”, - kansler deyib.

Merts qeyd edib ki, davam edən dəyişikliklər hər kəsə təsir edir və digər şeylərlə yanaşı, daxili siyasi nəticələrə səbəb olur.

“Artıq qaydalara hörmət edilmədiyi yerdə münaqişə təhlükəsi yaranır. Yeni böyük dövlətlər siyasəti münaqişəyə səbəb olur”, - Almaniya lideri əlavə edib.