BAKI, 2 fevral. TELEQRAF

“Qaydalara əsaslanan dünya nizamı həmişə illüziya olub”.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Belə bir arqument, fikir var ki, qaydalara əsaslanan dünya nizamı illüziyadır. Həmişə bu cəngəllik qanunu işləyib: kimin gücü varsa, istədiyini alır. Amma hətta cəngəllikdə də heyvanlar əməkdaşlıq edir, hesab edirəm ki, biz bu nizamı istəyən ölkələrlə birgə beynəlxalq nizamı inkişaf etdirməliyik”, - o bildirib.

Kallas vurğulayıb ki, qaydalara əsaslanan dünya nizamı kiçik ölkələri qoruyur:

“Əgər bu işləmirəmsə, demək, onlar müdafiəsizidir”.