BAKI, 27 dekabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşdə Rusiya ilə müharibənin dayandırılması üzrə beş məsələni müzakirə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə o, ABŞ-yə səfərindən əvvəl jurnalistlərə deyib.

Dövlət başçısı bildirib ki, dekabrın 28-də amerikalı həmkarı ilə keçiriləcək danışıqlarda bu məsələlər müzakirə olunacaq: ABŞ-dən Ukraynaya təhlükəsizlik zəmanəti, Avropadan təhlükəsizlik zəmanəti, hərbi komponent, Ukraynanın rifahı və bərpası planı, planın mərhələli icrası - hər planın necə işləyəcəyinə dair təkliflər.

Kiyev və Vaşinqton ardıcıl fəaliyyət planını da nəzərdən keçirəcək. Zelenskinin sözlərinə görə, bütün maddələr müzakirə edildikdən sonra ABŞ əldə olunan razılaşmaların nəticələrini Rusiya tərəfinə təqdim edəcək.