BAKI, 23 dekabr. TELEQRAF

“Rüstəm Umerov və Andrey Qnatovun Amerika komandası ilə keçirilən görüşlərin nəticələrinə dair ətraflı məruzəsi təqdim olunub. Prezident Trampın nümayəndələri ilə məhsuldar şəkildə işlədik, bir neçə sənədin layihələri hazırdır, xüsusilə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri, bərpa məsələləri və müharibənin başa çatdırılması üçün əsas çərçivəyə dair sənədlər”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Bu gün üçün bəndlər elə şəkildə təsbit edilməlidir ki, bunlar müharibənin real şəkildə bitirilməsi məqsədi və Rusiyanın üçüncü işğalının qarşısının alınması zərurətinə cavab versin. Danışıqlar və görüşlərin hər raundu Ukraynanın maraqlarının daha yaxşı təmin olunmasına töhfə verir və biz bu işi məhz bu cür konstruktiv şəkildə davam etdirəcəyik.

Avropalı tərəfdaşlara dəstək və koordinasiyaya görə də minnətdaram. Amerika ilə dialoqun davamını gözləyirik. Vacibdir ki, diplomatiya həmişə Rusiyaya qarşı zəruri təzyiq və Ukraynaya lazım olan dəstəklə yanaşı getsin”, - dövlət başçısı bildirib.