BAKI, 17 dekabr. TELEQRAF
İstanbuldakı erməni yeparxiyasının rəhbəri Saak Məşəlyan Ankarada Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb.
Teleqraf xəbər verir ki, Məşəlyan nazirə Etnik Xəstəxana Fondu şurasına seçkilərin keçirilməsi məsələsi ilə bağlı danışıb.
Saak Məşəlyan yeni Konstitusiyanın hazırlanması prosesində etnik azlıqların fikir və təmsilçiliyinin nəzərə alınmasını arzuladığını da bildirib.
Ali Yerlikaya da öz növbəsində qeyd edib ki, bu məsələlərlə bağlı işlər həssaslıqla aparılacaq.
Görüşdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Sevan Svacıoğlu, prezidentin mədəniyyət məsələləri üzrə müşaviri Aram Kuran və erməni yeparxiyasının nümayəndələri iştirak ediblər.