BAKI, 5 dekabr. TELEQRAF
“Dünyaya sülh gətirmiş beynəlxalq nizamın dağılması riski ilə üz-üzəyik”.
Teleqraf xəbər verir ki, bunu Çinə səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makron deyib.
“Onilliklərdir dünyaya sülh gətirən beynəlxalq nizamın dağılması riski ilə üz-üzəyik, bu kontekstdə Çin və Fransa arasında dialoq hər zamankındən daha vacibdir. Ümid edirəm ki, Çin də bizim çağırış və səylərimizə qoşulacaq”, - Fransa lideri bildirib.