BAKI, 23 oktyabr. TELEQRAF

“Tomaqawk” raketləri təkcə ABŞ-də deyil, Avropa ölkələrində də var”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı bildirib ki, belə uzaqmənzilli silahlar Rusiya və Vladimir Putinə müharibənin real nəticələrini hiss etməsini imkan yaradacaq:

“Avropa liderlərini Ukraynaya belə imkanlar əldə etməyə kömək etməyə çağırıram. Çünki bu, həqiqətən də Rusiyaya ciddi təsir göstərir. Üstəgəl, bu uzaqmənzilli silahlar təkcə ABŞ-də deyil, bəzi Avropa ölkələrində də var, söhbət həm də “Tomaqawk”lardan gedir. Artıq bizə kömək edə biləcək ölkələrlə danışıqlar aparırıq”.

Ukrayna Prezidenti “Tomaqawk” mövzusu gündəmə gələndə Vladimir Putinin əsəbiləşdiyini qeyd edib: “Çünki Putin başa düşür ki, uzaqmənzilli silahlar müharibənin gedişatını dəyişə bilər”.