BAKI, 17 oktyabr. TELEQRAF

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Berndə İsveçrə xarici işlər naziri İqnasio Kassis ilə görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər Özbəkistan və İsveçrə arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda intensiv əməkdaşlığın daha da dərinləşdirilməsi yollarını hərtərəfli müzakirə ediblər.

Müzakirələrdə innovasiyalar, təcrübə və bilik mübadiləsi, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, insan potensialının gücləndirilməsi və digər əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Regional və beynəlxalq platformalar çərçivəsində sıx koordinasiyanın davam etdirilməsi, ikitərəfli münasibətlərdə müsbət dinamikanın inkişaf etdirilməsi, aktual qlobal problemlərin həllində səylərin birləşdirilməsi istiqamətində qarşılıqlı anlaşma əldə olunub.