BAKI, 7 oktyabr. TELEQRAF

“(ABŞ-dən) “Tomahawk” qanadlı raketlərinin Kiyevə çatdırılması baş verərsə, ciddi eskalasiya olacaq”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

Kremlin nümayəndəsi qeyd edib ki, bu, potensial nüvə silahına malik raketdir.

“Bu, ciddi eskalasiyaya səbəb olacaq, amma Kiyev rejimi (Ukrayna) üçün cəbhə xəttində vəziyyəti dəyişə bilməyəcək. Başa düşmək lazımdır ki, müxtəlif nüanslardan başqa, nüvə silahı daşıya bilən raketlərdən söhbət gedir”, - o qeyd edib.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, o, artıq “Tomahawk”ın Ukraynaya tədarükü ilə bağlı qərara meyllidir, amma əvvəlcə Kiyevin nə planlaşdırdığını öyrənmək istəyir.