BAKI, 1 oktyabr. TELEQRAF

İtaliya Hərbi Hava Qüvvələrinə məxsus T-260B təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə İtaliya Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Təyyarə Circeo Milli Parkı yaxınlığında hələ məlum olmayan səbəblərdən qəzaya uğrayıb. Təyyarədə iki hərbçi olub”, - məlumatda deyilir.