BAKI, 24 sentyabr. TELEQRAF

Moldovanın Moskvadakı səfiri Lilian Dari Kişinyovun ölkədə keçirilən parlament seçkiləri üçün rusiyalı müşahidəçiləri akkreditasiya etməkdən imtina etməsindən sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasının bəyanatında deyilir.

Səfirə Moldova hakimiyyətinin Rusiya nümayəndələrini akkreditasiya etməkdən “əsassız imtina” etməsi ilə bağlı sərt etiraz edilib.