BAKI, 4 sentyabr. TELEQRAF
“Avropanın Rusiya ilə düşmənçiliyi tarixi səhvdir”.
Teleqraf xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Nikola Sarkozi deyib.
“Avropa və Fransa üçün təhlükə ilk növbədə demoqrafikdir: 30 ildən sonra Avropa əhalisi 550 milyondan 480 milyonadək, Afrikada isə 1,2 milyarddan 2,4 milyardadək artacaq. Bu arada isə biz Rusiyanı əsas riskimiz və prioritet düşmənimiz kimi müəyyənləşdiririk. Bu, tarixi səhvdir”, - Sarkozi bildirib.