BAKI, 2 sentyabr. TELEQRAF

Ukrayna ordusunun “Azov” xüsusi təyinatlı bölmələri Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında mövqelərini gücləndirməyə müvəffəq olub, hazırda cəbhənin bu hissəsində vəziyyət bir ay əvvəlkindən daha yaxşıdır.

Teleqraf xəbər verir ki, bu barədə “Azov”un 1-ci korpusunun komandir müavini Svyatoslav Palamar məlumat verib.

“Azov”un 1-ci korpusunun əməliyyat zonasından danışırıqsa, biz ora daxil olanda, yəni avqustun 4-də vəziyyət kifayət qədər kritik idi. Hətta xəritələrdən də gördüyünüz kimi, düşmən ora doğru irəliləyirdi. Amma biz burada qoşunların idarə olunmasını və müdafiəni təkmilləşdirməyə nail olduq”, - Palamar bildirib.

Zabit Ukrayna ordusunun Rusiya qüvvələrinin şəhərə həmlələrini uğurla dəf etdiyini vurğulayıb:

“Biz onları parçalayırıq, onlar itkilərini bərpa etməyə gedirlər, sonra tez qayıdırlar. Ümumilikdə vəziyyət “Azov” bura gələndən xeyli yaxşıdır”.

Palmar bu müddət ərzində Rusiya ordusunun Pokrovsk ətrafında minlərlə hərbçisini itirdiyini, onlarla əsgərinin də əsir düşdüyünü qeyd edib.