BAKI, 2 iyun. TELEQRAF

Ukrayna mediasında dünən irimiqyaslı hava hücumundan sonra Rusiyanın İrkutsk vilayətindəki Belaya aviabazasının ilk peyk fotosu yayılıb.

Teleqraf xəbər verir ki, şəkillər bazadakı Tu-95MS və Tu-22M3 təyyarələrinin hədəfə alındığını təsdiq edir.

Fotodan məlum olur ki, hücum nəticəsində 4 TU-22M3 və 3 Tu-95MS məhv edilib, 1 Tu-95MS isə zədələnib.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti dünən bombardmançı təyyarələrin məhv edilməsi üçün genişmiqyaslı əməliyyat keçirib. Məlumata görə, Tu-160, Tu-22 və Tu-95 daxil olmaqla ən azı 41 təyyarə vurulub. Rusiyanın itkiləri yeddi milyard dollardan çox qiymətləndirilir.