BAKI, 30 may. TELEQRAF

“İstanbuldakı danışıqlardan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilə bilər”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi mətbuat konfransında məlumat verib.

“Ürəkdən inanıram ki, növbəti mərhələdə uzunmüddətli atəşkəsin həyata keçirilməsi üçün liderlərin görüşünün keçirilməsi çox yaxşı olardı. İstanbul danışıqları prosesini başa çatdırmaq və Rəcəb Tayyib Ərdoğan, Volodimir Zelenski, Donald Tramp və Vladimir Putin arasında görüş keçirmək mümkündür”, - Fidan bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında ikinci görüşün iyunun 2-də İstanbul şəhərində keçiriləcəyi gözlənilir. Tərəflər arasındakı ilk görüş də mayın 16-da İstanbulda olmuşdu.