BAKI, 26 may. TELEQRAF

“İyunun sonunda Haaqada keçiriləcək NATO sammitində ABŞ Prezidenti Donald Trampın iştirak etməməsi alyans üçün dərin böhran demək olacaq”.

Teleqraf xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.

“Əgər Donald Tramp NATO-nun Haaqa sammitinə gəlməsə, o zaman ciddi böhran yaranacaq. Bu, böhran əlaməti olacaq. Mən onun orada görünməyəcəyini düşünmürəm”, - Polşa lideri qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Almaniyanın “Der Spiegel” nəşri alyans ölkələrinin hərbi xərcləri ÜDM-lərinin 5 faizinə qədər artırmaq üçün addımlar atmayacaqları təqdirdə, ABŞ Prezidentinin NATO-nun Haaqa sammitində iştirak etməyəcəyini yazmışdı. Mayın 23-də ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Donald Trampın sammitdə iştirakının planlaşdırıldığını açıqlamışdı.