BAKI, 23 may. TELEQRAF

“Rusiya öz xalqını Kiyevdəki mövcud rejimin hakimiyyəti altında qoya bilməz. Əgər Zelenski xuntası ümid edirsə ki, Ukrayna mövcud qanunlar altında yaşamağa davam edəcək, bunlar illüziyadır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər qondarma hökumət - Zelenski xuntası hansısa yolla hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın əldə olunacağına, Ukraynadan qalanların isə qəbul etdikləri qanunlarla yaşayacağına ümid edirsə, bu, illüziyadır. Buna heç bir halda yol vermək olmaz.

Ukraynada milyonlarla insan rus dilində danışır, bu, onlara doğmadır və onları xunta altında buraxmaq böyük cinayət olardı”, - Lavrov vurğulayıb.