BAKI, 21 may. TELEQRAF

Polşanın Baş naziri Donald Tusk Ukraynaya sülhməramlı hərbi missiyanın göndərilməsini istisna edib.

Teleqraf xəbər verir ki, bu barədə o, yerli "TVP Info" telekanalının efirində çıxış edərkən bildirib.

Siyasətçi bunun qəti qərar olduğunu deyib. Baş nazir deyib ki, bu məsələdə Varşavaya heç kim təzyiq göstərmir, Vaşinqton da onun mövqeyindən xəbərdardır.

"Bizim vəzifəmiz Polşa və Avropanın sərhədlərini qorumaq və Ukraynaya yardımı təşkil etməkdir", - Tusk bildirib.