BAKI, 20 may. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan mayın 25-27-də Rusiyada səfərdə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

“Türkiyə xarici işlər naziri mayın 25-27-də Moskvada işgüzar səfərdə olacaq. Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar planlaşdırılır. Xarici siyasət qurumlarının rəhbərləri Suriya, Liviya, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətə xüsusi diqqət yetirməklə regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar”, - Rusiya rəsmisi bildirib.

M.Zaxarova əlavə edib ki, hazırkı şəraitdə ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi perspektivləri də müzakirə olunacaq: “Nazirlər yüksək səviyyələrdə ikitərəfli təmasların cədvəlini nəzərdən keçirəcəklər”.