BAKI, 18 aprel. TELEQRAF

Polşa potensial Rusiya təhlükəsindən qorunmaq üçün Fransanın nüvə çətirinə daxil olmaq ideyasını dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu sözləri Polşa Prezidenti Anjey Duda deyib.

Polşa lideri həmçinin ABŞ-nin nüvə silahlarına çıxış əldə etməyə çağırıb.

“İnanıram ki, hər iki qərarı qəbul edə bilərik. Bu iki fikir nə ziddiyyətlidir, nə də bir-birini inkar edir”, - o vurğulayıb.

Polşa Baş naziri Donald Tusk da parlamentdə Varşavanın nüvə silahına çıxış əldə etməyə cəhd edə biləcəyini bildirib.

“Fransa Prezidenti Emmanuel Makronun Avropa müttəfiqlərini qorumaq üçün Parisin nüvə imkanlarından istifadə etmək təklifi ilə bağlı ciddi danışıqlar gedir”, - baş nazir vurğulayıb.